
Pinəçi
Rəfiq Xalid Karay
Gəmi sahildən ayrılıb da Marmaraya doğru uzaqlaşmağa başlayınca yolçunu ötürməyə gələnlər, üzərlərindən ağır bir yük götürülmüş kimi sevindilər: "Uşaqcığaz Ərəbistanda rahatlayar" dedilər, xeyirli bir iş gördüklərinə hər kəsi inandırmış olmanın uydurma sevinciylə, ancaq könülləri hisli, evlərinə döndülər.
Öncə atadan yetim qalan kiçik Həsən, anası da ölüncə uzaq qohumları və qonum qonşunun yardımıyla xalasının yanına, Fələstinin ucqar bir qəsəbəsinə göndərilirdi.
Həsən gəmidə əyləndi; qır qır işləyən bucurqadlara, üstləri yazılı təcili yardım simitlərinə, qurudulacaq paltarlar kimi iplərə asılı qayıqlara, növbə dəyişdirilərkən çalınanan zəngə baxaraq çox əyləndi. Beş yaşında idi; pəltək, şirin danışmalarıyla da göyərtədə yolçuları çox əyləndirmişdi. Fəqət gəmi, oraya bura uğrayıb bir çox yolçu buraxdıqdan sonra isti məmləkətlərə yaxınlaşınca özünü bir durğunluq aldı. Qalanlar bilmədiyi bir dildən "Həsən gəl! Həsən get!" demirdilər; adı dəyişər kimi olmuşdu. Həssən şəklinə girmişdi.
"Təal hona ya Həssən!" deyirdilər. Yanlarına gedirdi.
"Ruh ya Həssən…"deyərlərsə uzaqlaşırdı.
Heyfaya yetişdilər və onu bir qatara mindirdilər.
آردینی اوخو/ Ardını oxu